Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İqtisadi artım tempini 3,4 faiz planlaşdırırıq - İqtisadiyyat naziri

İqtisadi artım tempini 3,4 faiz planlaşdırırıq -  İqtisadiyyat naziri

Tarix: 7 Yanvar 2021 13:04

Bakı. Trend:

2021-ci il üçün makroiqtisadi göstəricilərimiz planlaşdırılarkən məhz işğaldan azad olunmuş ərazilərdə geniş bərpa-quruculuq işləri qeyri-neft sektorumuzda və ümumiyyətlə, iqtisadiyyatımızda fəal artım drayverlərinin biri rolunu oynayır.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.

M.Cabbarov bildirib ki, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının Azərbaycan iqtisadiyyatının 2021-ci il üçün proqnozlarına nisbətən (bu, oktyabr ayında olub) bizim proqnozlarımız daha nikbindir:

"Demək olar ki, biz artım tempini iki dəfə daha yüksək proqnozlaşdırırıq. Əgər onlar artım tempini 1,7-2 faiz arasında proqnozlaşdırırlarsa, qəbul olunmuş parametrlərə əsasən biz iqtisadi artım tempini 3,4 faiz planlaşdırırıq".


Etiketlər:  İqtisadi artım tempini faiz planlaşdırırıq İqtisadiyyat naziri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ