Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ateroma

Ateroma

Tarix: 7 Yanvar 2021 21:42

Ateroma piy vəzisinin xoşxassəli şiş xəstəliyidir. Ateroma ağrısız, əllə toxunduqda hərəkətli və dairəvi olur.  Üstünün dərisinin rəngi üzün dərisi rəngdə olur və bəzi hallarda orta hissəsi tündləşir. Ateroma kapsullaşmış piy toxumasından ibarət olur. O əmələ gəldikdən sonra böyüməsi ləng gedir.
Ateromaya dərinin ən çox piyli hissəsində rast gəlmək olur. Ən çox üzdə, göz ətrafında, kürək və qarın nahiyəsində rast gəlinir. Şiş toxuması tək və ya çoxlu miqdar yan-yana düzülmüş halda əmələ gələ bilir.
Ateromanın əmələ gəlməsində hormonal disbalansın və yağ-piy mübadiləsinin pozulmasının səbəb olduğu düşünülür. Bəzi hallarda ateroma infeksiyalaşıb, iltihablaşa bilir. Bu zaman o qızarır və ağrılı əllənir. Bəzi hallarda ateroma özü qopub düşə bilir, irinli iltihabi kütləyə çevrildikdə isə müalicə tələb edir.
Ateromaların ölçüsü 1-5 sm-ə qədər ola bilir. Nadir hallarda 5 sm-dən irisinə də rast gəlmək mümkün olur. Bəzi hallarda ateromalar bədxassəli şişə çevrilə bilirlər, bu zaman həkim cərrahi yolla onu kəsib götürür.


Etiketlər:  Ateroma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ