Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 03:16
Bakı. Trend:
Braziliyada koronavirusdan ölənlərin ümumi sayı 200 min nəfəri ötüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata əsasən, ötən sutka ərzində Braziliyada koronavirusa 87 843 yoluxma halı qeydə alınıb, 1 524 nəfər koronavirusdan ölüb.
Bildirilir ki, hazrıkı dövrədək koronavirusa yoluxanların ümumi sayı 7 961 673 nəfərə çatıb, onlardan 200 498 nəfər ölüb, 7 096 931 nəfər isə sağalıb.
Qeyd edilir ki, 664 244 nəfərin müalicəsi davam edir.