Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 12:15
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansına verilib.
Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Heseynov deyib.
Onun sözlərinə görə, qəsəbələrdən və hündürmərtəbəli binalardan ibarət olan 4700-ə yaxın mənzil nazirliyin balansına verilib.
F.Hüseynov bildirib ki, həmin yaşayış kompleksləri Bakı, Sumqayıt, Abşeron, Samux və Lənkəran ərazisində inşa edilib və istifadəyə hazırdır.