Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 13:12
Bakı. Samir Əli - Trend:
"YAŞAT" Fondu tərəfindən güzəştli istifadə üçün yeni plastik kart hazırlanması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, həmin kart ictimai iaşə obyektlərində və digər yerlərdə istifadə oluna biləcək: “Həmin kart vasitəsilə müəyyən güzəştlər tətbiq olunacaq. Bu kart hər bir ailəyə veriləcək".