Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çində zavod partladı - Ölən və yaralananlar var

Çində zavod partladı - Ölən və yaralananlar var

Tarix: 8 Yanvar 2021 14:12

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin cənubundakı Ninsyan şəhərində işlənmiş akkumulyatorların təkrar emalı zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 20 nəfər isə xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan 6 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Partlayışın səbəbləri ilə bağlı araşdırma aparılır.


Etiketlər:  Çində zavod partladı Ölən yaralananlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ