Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elektron dərslik portalına giriş sayı milyondan çox olub - Təhsil Nazirliyi

Elektron dərslik portalına giriş sayı milyondan çox olub - Təhsil Nazirliyi

Tarix: 8 Yanvar 2021 18:36

Bakı. Trend:

“Google Analytics”in 2020-ci il dekabr ayının statistik göstəricilərinə əsasən, elektron dərslik portalı (e-derslik.edu.az) Azərbaycanda ən çox müraciət olunan internet resursları sırasında 22-ci yerdədir.

Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, ötən ilin dekabr ayı üzrə portalın aktiv istifadəçi sayı 420 min, ümumi giriş sessiyalarının sayı isə 1,4 milyonu əhatə edib.

Portala ən çox giriş sayı ABŞ, Almaniya, Birləşmiş Krallıq, Niderland, Fransa, Rusiya, Ukrayna, Polşa və Türkiyədən, ölkə daxilində isə Bakı, Sumqayıt və Gəncə şəhərlərindən olub.

Hazırda portalda ümumi və peşə təhsili üzrə 600-ə yaxın elektron dərslik mövcuddur. Bu dərsliklər video, qrafika və digər multimedia vasitələri ilə zənginləşdirilib.


Etiketlər:  Elektron dərslik portalına giriş sayı milyondan çox olub Təhsil Nazirliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ