Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Dünyanın yoxsul əhalisinə tezliklə peyvənd dozaları çatdırılacaq

ÜST: Dünyanın yoxsul əhalisinə tezliklə peyvənd dozaları çatdırılacaq

Tarix: 8 Yanvar 2021 20:16

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyanın yoxsul ölkələri yanvar ayının sonundan fevralın ortalarınadək koronavirusa qarşı peyvənd dozalarının ilk tranşını alacaqlar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, koronavirus əleyhinə peyvənd təşəbbüsü (COVAX) çərçivəsində əldə edilən peyvənd dozaları qarşıdakı həftələr ərzində paylanmalıdır. Bildirilib ki, COVAX təşəbbüsü çərçivəsində ümumilikdə 2 milyard doza peyvəndin alınması barədə müxtəlif istehsalçılarla razılıq əldə edilib.

Qeyd edilməlidir ki, GAVI peyvənd alyansının dəstəyi ilə ÜST tərəfindən təsis edilən beynəlxalq COVAX proqramının hədəfi COVID-19 peyvəndlərinin dünyada ədalətli paylanmasını təşkil etməkdir.

COVAX-ın məqsədi bu ilin sonunadək bu təşəbbüsə qoşulmuş ölkələrin əhalisinin 20 faizinin vaksinasiyası üçün lazım olan miqdarda peyvənd dozalarının əldə edilməsinə nail olmaqdır. Qeyd edilib ki, dünyanın 92 yoxsul ölkəsi üçün peyvənd dozalarının alınması və çatdırılmasının maliyyələşməsi təmin edilib.


Etiketlər:  ÜST Dünyanın yoxsul əhalisinə tezliklə peyvənd dozaları çatdırılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ