Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2021 23:51
Koronavirusun daha bir nadir rast gəlinən simptomu aşkarlanıb.
Sonxeber.net xəbər verir ki, davamlı olaraq baş verən hıçqırıqlar xəstəliyin əlaməti ola bilər.
Belə ki, Misirdə 64 yaşlı pasiyent 3 gündür davam edən hıçqırıq şikayəti ilə xəstəxanaya müraciət edib və onun COVİD-ə yoluxduğu məlum olub. Xəstənin qan hüceyrələrinin sayının azalması səbəbindən hıçqırıqlarının başladığı üzə çıxıb.
Analoji hadisəyə ABŞ-da da rast gəlinib. 62 yaşlı pasiyent 4 gün davam edən hıçqırıqdan sonra xəstəxanaya müraciət edib və onun infeksiyaya yoluxduğu təsdqlənib. Amerikalı pasiyentin də qan hüceyrələrində azalma müşahidə olunub.
Hıçqırıqlar nadir görülən koronavirus simptomu olsa da, alimlər hıçqırıq 2 sutkadan artıq davam edərsə, həkimə müraciət etməyi məsləhət görürlər. (publika.az)