Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaşı az olsa da, ürəyi Vətən boyda olan 18 yaşlı şəhidimiz - VİDEO

Yaşı az olsa da, ürəyi Vətən boyda olan 18 yaşlı şəhidimiz - VİDEO

Tarix: 9 Yanvar 2021 13:20

Komandirləri ona arxa cəbhədə qalmağı məsləhət bilsə də, o, silaha sarılaraq ön cəbhədə qızğın döyüşlərə qatıldı. Hətta erməni sığınacağını vuraraq döyüş yoldaşlarının həyatını xilas etdi. Əsgər yoldaşlarına şəhid olan həmyerlisinin qisasını alacağını deyib, aldı da. Qazağın Xanlıqlar kəndindən olan Elçin Qurbanov Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "Bura özümü yox, Vətəni qorumağa gəlmişəm" dedi bacısına və sözünün üstündə durdu da - Qanı və canı bahasına.

Ürəyi yaşından böyük olan Vətən müharibəsinin 18 yaşlı qəhrəmanı Elçin Qurbanov. Qazaxın Xanlıqlar kəndindəndir şəhidimiz. Hərbi xidmətini başa vurub hərbçi kimi qalmaq idi niyyəti. Hər dəfə torpaqlarımızı işğaldan azad etdikcə sevincək atasına xəbər verib. Hər dəfə də valideynlərinə "məndən qorxmayın, bura qədər gəlmişəmsə sonuna qədər döyüşəcəm",- deyib. Döyüşdü də - düz Şuşayadək. Son nəfəsini də elə Şuşa uğrunda gedən döyüşlərdə verdi.

Anası qədər sevdiyi Vətəninin uğrunda döyüşə-döyüşə atasına da anasını qorumağı, ondan muğayat olmağı tapşırıb. Anası ilə danışanda isə "hər şey yaxşıdır, möhkəm ol, bizə dua et" deyib. Bir də onlardan Qazaxdan olan şəhid hərbçimizin dəfnində iştirak etməyi xahiş edib. Çünki həmin şəhidimizin Qazaxın Böyük-Cəfərli kənd sakini leytenant Nicat Nəsibovun nəşini məhz Elçin özü gecə saatlarında düşmənin nəzarətində olan ərazidən tək çıxarıb.

Bundan sonra özünə söz verib ki, Nicatın və digər şəhid yoldaşlarının qisasını alacaq. Bacısı ilə hər dəfə sonuncu dəfə danışırmış kimi danışıb

Elçinin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar "Vətən Uğrunda" və "Şuşanın Azad Olunmasına" görə medalları ilə dəyərləndirilib. Şəhid olmaq arzusuna çatan əsgər, Şəhadətin mübarək! Rahat uyu, sən Nicatın qisasını aldığın kimi sənin də qisasını Müzəffər Ordumuz aldı.

Milli.Az


Etiketlər:  Yaşı az olsa da ürəyi Vətən boyda olan 18 yaşlı şəhidimiz VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ