Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kök pəhrizi ilə arıqlayın

Kök pəhrizi ilə arıqlayın

Tarix: 9 Yanvar 2021 17:09

Kök həm qaraciyəri müalicə edən, həm də dəriyə günəşdə qaralma effekti verən bir tərəvəzdir. Üstəlik, onun kalorisi başqa tərəvəzlərdən daha azdır.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, kök pəhrizinə riayət etməklə, həftə ərzində 4-5 kq. arıqlamaq mümkündür.

Yeməklər zeytun yağında, az miqdarda bişməlidir.

Hər gün səhər
1 stəkan süd, 1 dilim çörək, 1 stəkan kök şirəsi

I gün
Günorta: Köklə qovurulmuş düyü, 100 qr. ağ pendir, bir pay brokkoli
Axşam: Tərəvəz şorbası, közdə bişmiş toyuq, kök salatı

II gün
Günorta: Pomidorlu düyü, salat, suda bişmiş bir pay toyuğun döş əti
Axşam: Kök qovurması, 1 tost çörək, 1 ədəd közdə bişmiş badımcan

III gün
Günorta: Köklə bişmiş düyü, salat, 1 ədəd alma
Axşam: 150 qr. közdə bişmiş balıq, 2 dilim tost çörək, kök püresi

IV gün
Günorta: Köklə bişmiş düyü, 2 pomidor, 1 qab meyvə salatı
Axşam: Toyuqlu kök qovurması, bir pay salat, 1 tost çörək

V gün
Günorta: Pomidorlu düyü, salat, 1 dilim ananas
Axşam: Toyuğun döş ətinə sarılmış kök, 2 dilim tost, salat

VI gün
Günorta: Kök şorbası, 100 qr. ağ pendir və tərəvəz xörəyi
Axşam: Göyərtili - pomidorlu düyü, toyuq salatı, 1 kasa meyvə salatı

VII gün
Günorta: Sobada dəm almış tərəvəzli düyü, közdə bişmiş badımcan, 1 kasa meyvə salatı
Axşam: Kök qovurması, 1 dilim tost çörək, 1 kasa salat


Etiketlər:  Kök pəhrizi ilə arıqlayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ