Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kolumbiyada yanğın baş verib, 7 nəfər ölüb

Kolumbiyada yanğın baş verib, 7 nəfər ölüb

Tarix: 10 Yanvar 2021 05:00

Bakı. Trend:

Kolumbiyanın şərqində baş verən yanğın nəticəsində ən azı yeddi nəfər ölüb, dörd nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə El Tiempo qəzeti bildirib.

Məlumata əsasən, hadisə Kukuta şəhərində baş verib. Yanğın üç evi və dörd avtomobili əhatə edib.

Yeddi nəfər yerində ölüb, daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar ən yaxın xəstəxanaya aparılıb.

İlkin məlumatlara görə, yanğın qısa qapanmadan baş verə bilər.


Etiketlər:  Kolumbiyada yanğın baş verib 7 nəfər ölüb


RƏYLƏR