Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyada 4 nəfər koronavirusun ''Braziliya'' ştammına yoluxub

Yaponiyada 4 nəfər koronavirusun ''Braziliya'' ştammına yoluxub

Tarix: 10 Yanvar 2021 18:24

Bakı. Trend:

Yaponiyada Braziliyadan səfərdən qayıdan 4 nəfərdə koronavirusun yeni ştammı aşkarlanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyindən bildirilib.

Məlumata əsasən, yeni ştamma yoluxan şəxslər Yaponiyaya Tokionun Haneda hava limanı vasitəsi ilə gəliblər. Yoluxanlardan ikisinin uşaq olduğu bildirilir.

Qeyd edilir ki, Braziliya ştammı daha əvvəl aşkarlanan Böyük Britaniya və CAR ştammlarından fərqlidir.


Etiketlər:  Yaponiyada nəfər koronavirusun Braziliya ştammına yoluxub


RƏYLƏR