Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantini pozan kafenin işi dayandırılıb, 11 nəfər polis şöbəsinə aparılıb (VİDEO)

Karantini pozan kafenin işi dayandırılıb, 11 nəfər polis şöbəsinə aparılıb (VİDEO)

Tarix: 11 Yanvar 2021 10:32

Bakı. Samir Əli - Trend:

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayonun Giləzi qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Obyektin fəaliyyəti dərhal dayandırılıb, qanunvericiliyə uyğun kafenin icarədarı L.Hacıyeva, orada çalışan bir işçi və 9 nəfər müştəri saxlanılaraq Xızı RPŞ-nə polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.


Etiketlər:  Karantini pozan kafenin işi dayandırılıb nəfər polis şöbəsinə aparılıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ