Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 13:16
Bakı. Orxan Nəbiyev - Trend:
Yaxın iki gün ərzində Yerin yaxınlığından potensial təhlükəli asteroid keçəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Aerokosmik Agentliyi (NASA) bildirib.
Qeyd olunur ki, 2020 WU5 asteroidi 2020-ci il noyabrın 29-da aşkar edilib. Mütəxəssislərin fikrincə, asteroidin diametri 1,1 kilometrə çatır.
Proqnozlara əsasən, asteroid Yerə 7,5 milyon kilometr məsafəyədək yaxınlaşa bilər. Bu, məsafə Yer planeti üçün potensial təhlükəli hesab olunur.