Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2021 14:08
Bakı. Orxan Nəbiyev - Trend:
Ermənistanda dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran mövcuddur.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkə prezidenti Armen Sarkisyanın məqaləsində deyilir.
O bildirib ki, bu vəziyyətdən yeganə sivil çıxış yolu növbədənkənar seçkilərin keçirilməsidir:
"Bu gün biz və ilk növbədə hökumət qəbul etməlidir ki, ölkədə dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran mövcuddur. Bu vəziyyətdən yeganə məntiqli və sivil çıxış yolu növbədənkənar seçkilərin keçirilməsi, Seçki Məcəlləsinə və Konstitusiyaya dəyişikliklərdir".