Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qonşu ölkə COVID-19-a qarşı Çin istehsalı olan peyvənd almaq niyyətindədir

Qonşu ölkə COVID-19-a qarşı Çin istehsalı olan peyvənd almaq niyyətindədir

Tarix: 11 Yanvar 2021 20:16

Gürcüstan koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Çin istehsalı olan peyvənd almaq niyyətindədir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər və QİÇS Mərkəzinin baş direktoru Tengiz Tsertsivadze televiziyadakı çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Çində COVID-19-a qarşı peyvəndin beş növü var və Gürcüstan onlardan birini almağı planlaşdırır.

Mərkəzin rəhbəri deyib: "Dünyada Çin peyvəndinin reytinqi kifayət qədər yüksəkdir. Çin peyvəndi yüksək etibarlılığa sahibdir. Eyni zamanda, çinli mütəxəssislər virusun strukturunu və mənşəyini daha yaxşı bilirlər".


Etiketlər:  Qonşu ölkə COVID qarşı Çin istehsalı olan peyvənd almaq niyyətindədir


RƏYLƏR