Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kələmin faydaları

Kələmin faydaları

Tarix: 12 Yanvar 2021 08:36

Ağ  kələmin tərkibi demək olarki insan həyatı üçün zəruri olan vitamin toplusundan ibarətdir. Bunlar provitamin A, vitamin C, B1, B2, B3, B6, K və mədə xorasının qarşısını almağa kömək edən U vitaminləridir.
Onun tərkibində karbohidratların yağa çevrilməsinin qarşısını alan tartron turşusu vardır. Baş kələmin şirəsində mədə və onikibarmaq bağırsaq xorasının sağalmasına kömək edən maddə - V vitamini olur. Kələm suyu mədə şirəsinin ifrazını artırır, o həmçinin ödqovma xassəsinə də malikdir. Onu qastrit və xora xəstəliyinin qarşısını almaq üçün 2-3 həftə gündə 3 dəfə 0,5 stəkan içmək lazımdır. Kələm suyunu +2*C-də ancaq 1 gün saxlamaq olar. İltihabi xəstəliklərdə, yanıqlarda, əzilmədə həmin yerə kələm qoyulur. Kök və kələm suyu qarışığı vitamin C-nin əla mənbəyini təşkil edir. Beləki, bu da paradantozun yaranmasına səbəb olan bəzi damaq xəstəliklərinin qarşısını alır.
 


Etiketlər:  Kələmin faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ