Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun yeni ştammı əvvəlkindən sürətlə yayılır

Koronavirusun yeni ştammı əvvəlkindən sürətlə yayılır

Tarix: 12 Yanvar 2021 19:57

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkxove bildirib ki, koronavirusun "Britaniya" ştammı infeksiyanın adi variantından daha sürətlə yayılır.

"Son məlumatlar göstərir ki, (xəstəliyin-red) adi variantı Böyük Britaniyada aşkar edilmiş ştamm kimi tez yayılmır. Və biz burda 1,1-dən 1,5-ə qədər artan reproduktiv saya əsaslanırıq", - xəbərdə deyilir.

Ekspert vurğulayıb ki, virusun əvvəlki və yeni formasının yayılması arasında heç bir fərq yoxdur.

"Bizim bu varianta (Britaniya ştammı-red) qarşı necə mübarizə aparmağımızla bağlı heç bir dəyişiklik yoxdur", - o qeyd edib.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, ÜST rəsmisi əlavə edib ki, koronavirusun yeni ştammı yüksək ölüm sayına malik deyil.

Ötən il dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkə alimləri yeni, mutasiya etmiş COVID-19 aşkarlayıblar. Onun sözlərinə görə, koronavirusun yeni ştamı əvvəlkindən daha sürətlə yayılır. Böyük Britaniyanın baş naziri Boris Conson isə deyib ki, koronavirusun yeni mutasiyası virusun başqa növlərindən 70 % daha yoluxucudur.

Bu səbəbdən də "Britaniya" ştammı daha təhlükəli hesab edilir. Artıq dünyanın onlarla ölkəsində koronavirusun bu növünə yoluxma aşkarlanıb.


Etiketlər:  Koronavirusun yeni ştammı əvvəlkindən sürətlə yayılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ