Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2021 03:30
ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin administrasiyasında türk də işləyəcək.
Sonxeber.net xəbər verir ki, maliyyə naziri təyin ediləcəyi gözlənilən Canet Yellenin aparatının rəhbəri türk əsilli Didəm Nişancı olacaq.
"Blumberq" məsələyə dair məlumatı olan mənbələrə istinadən bildirib ki, "Blumberq LP"də ictimai siyasət bölməsində idarəçi olan Nişancıya təklif gedib və o, bunu müsbət qəbul edib.
D.Nişancı nazirliyin təsdiqləyəcəyi təqdirdə, Yellenə ən yaxın şəxslərdən biri olacaq.
Qeyd edək ki, Didəm Nişancı daha əvvəl sabiq prezident Barak Obama dövründə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasında aparat rəhbəri işləyib, 2018-ci ildə "Blumberq"ə keçməzdən əvvəl "Promontory Financial Group" şirkətində çalışıb. ABŞ Senatının bankçılıq komitəsində də işləyən Nişancı 1998-2001-ci illərdə Maliyyə Nazirliyinin kadrına daxil olub.
Xatırladaq ki, C.Bayden ötən ilin noyabr ayında ABŞ Mərkəzi Bankının (FED) keçmiş sədri Canet Yelleni maliyyə naziri təyin edəcəyini açıqlamışdı. Yellen ABŞ Senatında təsdiqlənərsə, ölkə tarixində bu vəzifəyə gələn ilk qadın olacaq. (publika.az)