Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Yunayted'' vahid lider oldu

''Mançester Yunayted'' vahid lider oldu

Tarix: 13 Yanvar 2021 09:52

İngiltərə Premyer Liqasında 18-ci tura start verilib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
 
 "Şeffild Yunayted" "Nyukasl"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. "Vulverhempton" da doğma meydanda "Everton"a uduzub - 1:2
 
Bu gün eyni zamanda 1-ci turdan təxirə salınmış "Bernli" - "Mançester Yunayted" matçı keçirilib. "Qırmızı şeytanlar" bu görüşdə minimal hesabla qalib gələrək vahid lider olub.
 
 
İngiltərə Premyer Liqası
 
1-ci turun oyunu

"Bernli" - "Mançester Yunayted" - 0:1
Qol: Poqba, 71
 
18-ci tur
 
"Şeffild Yunayted" - "Nyukasl" - 1:0
Qol: Şarp, 73-pen
 
"Vulverhempton" - "Everton" -  1:2
Qollar: Neves, 14 - İvobi, 6, Kin, 77

Qeyd edək ki, "Mançester Yunayted" hazırda 36 xalla 1-ci, "Everton" 32 xalla 4-cü, "Vulverhempton" 22 xalla 14-cü, "Bernli" 16 xalla 16-cı, "Şeffild Yunayted" 5 xalla sonuncudur.


Etiketlər:  Mançester Yunayted vahid lider oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ