Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ 10-cu dəfə Fransa Superkubokunu qazandı

PSJ 10-cu dəfə Fransa Superkubokunu qazandı

Tarix: 14 Yanvar 2021 02:28

Bakı. Trend:

"Pari Sen Jermen" Fransa Super Kubokunda "Marsel" komandasını.

Trend-in məlumatına görə, görüş Lansda keçirilib və 2:1 hesabı ilə sona çatıb.

Qolları qalib tərəfdən Mauro İkardi (39-cu dəqiqə) və Neymar (85, penalti), digər tərəfdən isə Dimitri Payet (89) vurublar.

Xatırladaq ki, qarşılaşma əvvəlcə 2020-ci ilin avqust ayında keçirilməli idi, lakin koronavirus pandemiyası səbəbindən təxirə salındı. Ötən mövsüm "PSJ" Fransa Kubokunun çempionu və qalibi olub, buna görə ölkə çempionatında ikinci yer olan “Marsel” Superkubok uğrunda görüşdə rəqib komadaya rəqib çıxdı. 2008-ci ildən bəri ilk dəfə ölkənin Super Kuboku uğrunda görüş Fransada baş tutub, o vaxtdan bəri çempionluq uğrunda oyunlar üç dəfə Çində, iki dəfə Kanadada, iki dəfə Mərakeşdə, bir dəfə Tunis, ABŞ, Qabon və Avstriyada keçirilib.

Qeyd edək ki, "PSJ" 10-cu dəfədir ki Fransa Superkubokunu qazanır. "Marsel" isə bu titula üç dəfə sahib olub.


Etiketlər:  dəfə Fransa Superkubokunu qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ