Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın daha bir neçə prefekturunda fövqəladə vəziyyət elan olundu

Yaponiyanın daha bir neçə prefekturunda fövqəladə vəziyyət elan olundu

Tarix: 14 Yanvar 2021 06:40

Bakı. Trend:

Yaponiyanın Baş naziri Yoşihide Suqa daha yeddi prefekturda "COVID-19" pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan etdi.

Trend-in məlumatına görə, Tokionun şimalında Toçiqii, Yaponiyanın mərkəzində Gifu, qərbində Hiyoqo, Kiyoto, cənub-qərbində Fukuoka, Osaka və Aiçidə elan edilən fövqəladə vəziyyət 7 fevrala qədər qüvvədə qalacaq.

Fövqəladə vəziyyət elan edilən ərazilərdə sakinlər ciddi zərurət olmadan evlərini tərk etməkdən qaçınmalı, restoran və barlar 20:00-da bağlanmalıdır. İş yerlərində çalışanların sayı 30 faizi keçməməlidir.

Tədbir koronavirusa yoluxma hallarının ölkədə 300.000-i keçdikdən sonra tətbiq edilib. Paytaxt Tokioda bu göstəricinin son sutkada 1433 olmaqla 78.566-a çatdığı bildirilir.


Etiketlər:  Yaponiyanın daha neçə prefekturunda fövqəladə vəziyyət elan olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ