Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2021 11:34
Bakı. Samir Əli - Trend:
2020-ci ildə Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlama mərkəzlərinə yerləşdirilən əcnəbilərin səhhəti diqqət mərkəzində olub.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxslər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb: "Keçən il qanunsuz miqrasiyaya qarşı görülmüş tədbirlərdə 51 faiz azalma olub. Bu rəqəm 2019-cu ildə 14834 olubsa, 2020-ci ildə 7317-yə düşüb. Qanunsuz miqrantların saxlama mərkəzlərində yerləşdirmədə 73 faiz azalma olub - 2019-cu ildə 1237, 2020-ci ildə 332 nəfər. Saxlama mərkəzi qapalı yer olduğundan bütün gigiyena tədbirləri görülüb, heç bir saxlanılan şəxsdə koronavirusa yoluxma qeydə alınmayıb”.