Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TANAP gələn ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək

TANAP gələn ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək

Tarix: 14 Yanvar 2021 16:20

Bakı. Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev - Trend:

Trans-Anadolu qaz kəməri (TANAP) 2022-ci ildən etibarən Avropaya ildə 10 milyard kubmetr qaz nəql edəcək.

Trend-in məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol onlayn mətbuat konfransında deyib.

O qeyd edib ki, TANAP-ın kommersiya istismarı başladıqdan etibarən Türkiyəyə 8,4 milyard kubmetr qaz nəql edilib:

"Tədürükün üçüncü ilindən başlayaraq, boru kəməri ilə Türkiyəyə ildə 6 milyard kubmetr tədarük ediləcək, 2022-ci ildən isə Avropaya ildə 10 milyard kubmetr qaz daxil olacaq".

Onun sözlərinə görə, 2020-ci il dekabrın 31-də Trans-Adriatik boru kəməri ilə (TAP) Avropaya 10,9 milyon kubmetr qaz nəql edilib.


Etiketlər:  TANAP gələn ildən etibarən Avropaya ildə milyard kubmetr nəql edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ