Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abidələrlə bağlı ilk bərpa işləri Şuşa şəhərində aparılacaq - Nazir

Abidələrlə bağlı ilk bərpa işləri Şuşa şəhərində aparılacaq - Nazir

Tarix: 14 Yanvar 2021 17:40

Bakı. İlhamə İsabalayeva - Trend:

İşğaldan azad edilən ərazilərdəki abidələrin bərpası işinə ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. İlk bərpa işləri Şuşa şəhərində aparılacaq.

Trend-in məlumayına görə, bunu Mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir əlavə edib ki, daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin bunun üçün ilk növbədə həmin rayonlarda minalardan tam təmizlənmə aparılmalıdır.

Nazir deyib ki, işğaldan azad olunmuş ərazilərdə inventarlaşma işləri davam edir. Artıq 6 rayon üzrə məlumatlar əldə edilib: "Bu günə olan məlumata görə, 399 mədəniyyət müəssisəsi həmin ərazilərdə aşkar edilib. Eyni zamanda, 372 tarixi mədəniyət abidəsi aşkarlanıb. Onlardan 195-i Şuşada yerləşir".

A.Kərimov hazırda əldə edilən məlumatların sistemləşdirildiyini vurğulayıb: "Bununla bağlı nazirlikdə yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərə tutulur".


Etiketlər:  Abidələrlə bağlı bərpa işləri Şuşa şəhərində aparılacaq Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ