Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lukaku De Bruyneni qabaqladı

Lukaku De Bruyneni qabaqladı

Tarix: 14 Yanvar 2021 17:46

Ölkə xaricində çıxış edən ən yaxşı belçikalı futbolçu müəyyənləşib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, 2020-ci ilin legioneri adına "İnter"in hücumçusu Romelu Lukaku layiq görülüb.

Azarkeşlər arasında aparılan səsvermədə ikinci yerdə "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne qərarlaşıb. İlk "üçlüy"ü isə "Real"ın qapıçısı Tibo Kurtua qapayıb.

Qeyd edək ki, Romelu Lukaku cari mövsüm A seriyasında keçirdiyi 16 oyunda 12 qol vurub, 3 məhsuldar ötürmə verib.


Etiketlər:  Lukaku Bruyneni qabaqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ