Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən il Energetika Nazirliyi tərəfindən 227 icazə verilib

Ötən il Energetika Nazirliyi tərəfindən 227 icazə verilib

Tarix: 14 Yanvar 2021 17:54

2020-ci ilin IV rübü ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 62 icazə verilib. Bunlardan 60-ı ixrac nəzarətinə düşən malların idxalı, 2-i isə tranziti ilə bağlı olub. Hesabat dövründə 58 icazənin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Nazirlikdən Sonxeber.net-a bildirilib ki, ümumilikdə 2020-ci ilin yanvar-dekabr ayları ərzində Energetika Nazirliyi tərəfindən 227 icazə verilib ki, bunların 214-nü idxal, 7-ni ixrac, 6-nı isə tranzitlə bağlı icazələr təşkil edib. Bu dövrdə 182 icazənin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.


Etiketlər:  Ötən Energetika Nazirliyi tərəfindən icazə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ