Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kaliforniyanın 65 yaşdan yuxarı bütün sakinlərinə peyvənd vurulacaq

Kaliforniyanın 65 yaşdan yuxarı bütün sakinlərinə peyvənd vurulacaq

Tarix: 14 Yanvar 2021 19:36

ABŞ-ın Kaliforniya ştatı çərşənbə günü bildirib ki, ştatın 65 yaşdan yuxarı bütün sakinlərinə koronavirusa qarşı peyvənd vurulacaq.

"Bu peyvəndləri ən ağır nəticələrlə qarşılaşanlara mümkün qədər tez bir zamanda səmərəli və bərabər şəkildə paylamaqdan yüksək prioritet yoxdur" - deyə, ştatın qubernatoru Qevin Nyusom bildirib.

Belə bir qərarla üstünlük fövqəladə hallar işçiləri və müəllimlərə deyil, yaşlı insanlara verilir.

Ohayo və Arizona ştatlarının qubernatorları isə çərşənbə günü məktəblərin tez bir zamanda açılması üçün müəllimlər' peyvənd vurmağa çağırıb.

"Biz boş yerləri maliyyələşdirməyəcəyik və ya məktəblərin əbədi olaraq qapalı vəziyyətdə qalmasına icazə verməyəcəyik" - deyə, Arizona qubernatoru Daq Dyusi çərşənbə günü bildirib.

Ştatda artıq bəzi müəllimlərə peyvənd vurulmağa başlanıb.

Çərşənbə axşamı ABŞ-da COVID-19-dan ölümlərin sayı bir gündə 4 277 olmaqla, yenidən rekord həddə çatıb. Beləliklə, ölkədə ölənlərin ümumi sayı 384 000 nəfər olmaqla, dünyada liderlik edir.

Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzi dünya boyu qeydə alınan 92 milyon koronavirus yoluxmasının 23 milyonunun ABŞ-ın payına düşdüyünü bildirib.

Federal hökumət ştatları iki dozalı peyvəndlə təmin etdiyi halda, hər ştat onları öz planına uyğun olaraq paylayır. Əksər ştatlarda səhiyyə işçiləri və qocalar evlərinin sakinlərinə üstünlük verilib.


Etiketlər:  Kaliforniyanın yaşdan yuxarı bütün sakinlərinə peyvənd vurulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ