Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 07:32
Bakı. Trend:
İndoneziyada qeydə alınan 6,2 bal gücündə zəlzələ nəticəsində ən az üç nəfər ölüb, 24 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Detik portalı Təbii fəlakətlərlə mübarizə üzrə Milli Agentliyinə istinadən xəbər verib.
Məlumata əsasən, Qərbi Sulavesi vilayətində təxminən 2 min insan evlərini tərk etmək məcburiyyətində qaldı. Fəlakət nəticəsində 60-dan çox bina dağıdılıb. Yeraltı təkanlar bir neçə torpaq sürüşməsinə də səbəb olub.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 km şimal-qərb məsafədə yerləşib. Təkanların ocağı 8 km dərinlikdə olub.