Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert

Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert

Tarix: 15 Yanvar 2021 16:00

Bakı. İlhamə İsabalayeva - Trend:

Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacib məsələdir.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

N.Məmmədli qeyd edib ki, bir sıra universitetlərin onlayn kitabxanası var: “Lakin Azərbaycan dilində akademik nəşrlərimizin də sayı bir o qədər çox deyil. Onların onlayna keçirilməsi aktual məsələdir. Söhbət təkcə kitabxanadan getmir. Universitetlərin hər hansı onlayn resursa çıxışından söhbət gedirsə, bu resurslara çıxış üçün özlərinin platformaları var. Onların imkanları var ki, dərs vaxtı mövcud fənnin kabinetində resursları yerləşdirə bilərlər. Artəq bir sıra universitetlərdə fənn kabinetində onlyan resurslardan istifadə edilir”.


Etiketlər:  Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir Ekspert


RƏYLƏR