Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2021 16:20
Fransalı tennis məşqçisi Endryu Qeddesin məhkəməsi keçirilib.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, İvelin departamentinin məhkəməsi çoxsaylı zorlamalarda ittiham olunan mütəxəssisə 18 il həbs cəzası verib.
O, "Sarsel" klubunda çalışdığı 2000-14-cü illərdə həddi-buluğa çatmayan yetirmələrini zorlamaqda günahkar hesab edilib. 53 yaşlı məşqçinin qurbanları əsasən 12-17 yaşlı tennisçilər olub.
Tennisçilərdən biri 12-14 yaş aralığında olduğu 2 il ərzində 400 dəfədən çox zorlandığını bildirib. Məhkəmədə Qeddes özünü günahkar sayıb: "Qurbanların dəhşətli ifadələri məni özümü əsl alçaq olduğumu başa düşməyə vadar etdi".