Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ötən il 50 milyon dollardan çox metanol ixrac edilib

Ötən il 50 milyon dollardan çox metanol ixrac edilib

Tarix: 18 Yanvar 2021 10:52

2020-ci ildə Azərbaycan 51,186 milyon dollar məbləğində metanol ixrac edib.

Milli.Az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə 471 233 ton metanol (metil spirti) ixrac edilib.

Hesabata əsasən, 2020-ci ildə metanol ixracının Azərbaycanın ümumi ixracında payı 0,37 faiz, qeyri-neft ixracında payı isə 2,76 faiz təşkil edib.

Qeyd edək ki, Azərbaycanda metanolun istehsalı ilə "SOCAR Methanol" zavodu məşğul olur.

Milli.Az


Etiketlər:  Ötən il 50 milyon dollardan çox metanol ixrac edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ