Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 11:12
Bakı. Samir Əli - Trend:
Ölkədə tibb işçilərinin koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesi davam edir.
Trend-in məlumatına görə, Bakı Sağlamlıq Mərkəzində səhiyyə naziri Oqtay Şirəliyev, TƏBİB sədri Ramin Bayramlı və səhiyyə nazirinin müavini Elsevər Ağayev peyvənd olunub.
Daha sonra TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva və səhiyyə nazirliyinin şöbə müdiri Teymur Musayev də vaksinasiya prosesinə qatılıb.
Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirus əlyehinə vaksinasiya başlayıb.