Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

13 alim AMEA-nın professoru seçildi

13 alim AMEA-nın professoru seçildi

Tarix: 17 Iyul 2019 16:06

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında “AMEA-nın professoru” adı üzrə namizəd seçilmiş şəxslərlə bağlı müvafiq elmi bölmələrin vəsatətinə əsasən gizli səsvermə keçirilib.

Trend-in məlumatına görə, seçkidə Rəyasət Heyətinin üzvləri iştirak ediblər və nəticələrə əsasən 13 nəfər AMEA-nın professoru seçilib.

“AMEA-nın professoru” adını almaq üçün elan olunan müsabiqədə iştirak üçün respublikanın elmi və ali təhsil müəssisələri tərəfindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb.

Namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib və gizli səsvermə yolu ilə seçilmiş namizədlər AMEA Rəyasət Heyətinə təqdim edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  alim AMEA nın professoru seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ