Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya FHN Ağdam rayonuna əlavə minatəmizləyici mütəxəssislər göndərib

Rusiya FHN Ağdam rayonuna əlavə minatəmizləyici mütəxəssislər göndərib

Tarix: 18 Yanvar 2021 14:00

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Ağdam rayonunda minalardan təmizləmə işləri üçün Azərbaycana əlavə qrup göndərib.

Trend-in məlumatına görə, bu barədə Nazirliyin bəyanatında deyilir.

Qeyd olunur ki, "Lider" mərkəzinin və Noginsk xilasetmə mərkəzinin mütəxəssisləri İl-76 təyyarəsi ilə Moskvadan Gəncəyə yola düşüb.

Bundan başqa, axtarış işlərində istifadə olunması üçün 2 ədəd texnika gətirilir.

Xatırladaq ki, yanvarın əvvəlində Rusiya FHN-in 20 mütəxəssisi Ağdam rayonunda minatəmizləmə işlərinə başlayıb.


Etiketlər:  Rusiya FHN Ağdam rayonuna əlavə minatəmizləyici mütəxəssislər göndərib


RƏYLƏR