Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2021 15:12
Əhməd Cavadın nəticəsi Cavad Axunzadə babasının adına Şuşada Türk Dünyası Mədəniyyət və Ədəbiyyat Mərkəzinin açılmasını arzulayır:
"Düşmən gözünü Şuşadan çəkmir. Ali Baş Komandan cənab İlham Əliyevin bildirdiyi kimi Şuşanı, Qarabağı göz bəbəyimiz kimi qorumalıyıq. Şuşa xalqımızın yaddaşında öz tarixi dəyərləri ilə iz qoyub. Şuşa Türk dünyasının mərkəzinə çevrilməlidir. Şuşanı qorumaq üçün ideoloji fikri gücləndirməliyik. Şuşa Türk dünyasının ədəbiyyat, mədəniyyət, fikir mərkəzi olmalıdır. Düşünürəm ki, belə mərkəzin açılması Türk dünyasının diqqətini Şuşaya, Qarabağa yönəldəcək. Həm də mərkəz tərəfindən Türk dünyasına aid bir sıra tədbirlər təşkil edilə bilər".
Cavad Axunzadə "Babam Türk dünyasının birliyi üçün çox çalışıb. Babamın arzusu Türk Birliyini görmək idi. Bu gün onun ruhu şaddır ki, torpaqlarımız azad olunub. Qürurvericidir ki, Şuşamızda, Qarabağımızda Azərbaycan və Türkiyənin bayraqları qoşa dalğalanır", - deyə fikrini yekunlaşdırıb.