Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2019 17:15
Bakı. Trend:
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti abunəçilər tərəfindən “Facebook” üzərindən göndərilən müraciətlərin effektiv cavablandırılmasına görə növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb.
Böyük şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqini həyata keçirən beynəlxalq “Socialbakers” şirkəti 2019-cu ilin II rübündə daxil olan sorğuların "Bakcell" tərəfindən 100%-ni cavablandırdığını qeyd edib. Qeyd edək ki, "Bakcell" cari ilin I rübündə də ən yüksək nəticə göstərərək “Socially Devoted” sertifikatına layiq görülüb. "Bakcell" şirkəti son bir neçə ildə abunəçi müraciətlərini 100% cavablandıraraq ən yüksək nəticəyə nail olur.
Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Sosial şəbəkələr məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin