Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teledərslərin yanvarın 19-na olan cədvəli açıqlanıb

Teledərslərin yanvarın 19-na olan cədvəli açıqlanıb

Tarix: 18 Yanvar 2021 23:48

"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan "Dərs vaxtı" proqramının yanvarın 19-u üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Milli.Az-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "YouTube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Milli.Az


Etiketlər:  Teledərslərin yanvarın 19 na olan cədvəli açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ