Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəzər dənizinin suyu azalır - Ciddi fəsadlar olacaq - VİDEO

Xəzər dənizinin suyu azalır - Ciddi fəsadlar olacaq - VİDEO

Tarix: 19 Yanvar 2021 11:30

Xəzər dənizinin suyu azalır və bu azalma hər ötən il bir az da artır. Dənizkənarı bulvardan Xəzəri izləmək kifayətdir ki, hazırki vəziyyətin nə yerdə olduğunu açıq-aydın görəsən.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılovun sözlərinə görə, Xəzərin suyunun azalması son 5 ildə daha da intensivləşib.

Mirnuh İsmayılov deyir ki, relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyunda 2, 3, 4 metr çəkilmə varsa, Nabranda 200-300 metr təşkil edir. Bəzi ərazilərdə isə çəkilmə daha yüksəkdir.

Şöbə müdirinin sözlərinə görə, yaxın 2-3 il ərzində su çatışmazlığı əməlli başlı hiss olunacaq. Bu isə Xəzərdə də geri çəkilmələrin davam edəcəyi deməkdir.


Etiketlər:  Xəzər dənizinin suyu azalır Ciddi fəsadlar olacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ