Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik Azərbaycanda internet rabitəsinin genişləndirilməsi işləri barədə

Nazirlik Azərbaycanda internet rabitəsinin genişləndirilməsi işləri barədə

Tarix: 19 Yanvar 2021 21:04

Bakı. Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev - Trend:

Hazırda Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, regionlarda əhalinin telekommunikasiya xidmətlərinə tələbatını təmin etmək məqsədilə Nazirlik nəzdindəki "Aztelekom" MMC infrastruktur layihələrini mərhələli şəkildə reallaşdıraraq rabitə şəbəkəsini genişləndirir:

"Regionlara ötürülən trafikin həcminin artırılması üçün bir optik lif vasitəsilə bir neçə informasiya kanalının ötürməyə imkan verən DWDM spektral sıxılma texnologiyası və IP-MPLS çoxprotokollu kommutasiya texnologiyası tətbiq edilib. Nəticədə magistral xətlərin buraxılış qabiliyyəti 100 dəfə artıb".

Nazirlikdən, həmçinin paylayıcı şəbəkənin rekonstruksiyası barədə məlumat verilib:

"Hazırda Abşeron və Masallı rayonlarında, Sumqayıt və Gəncə şəhərlərində işlərin ilkin mərhələsi aparılır. Bu layihə çərçivəsində mis xətlər optik kabellərlə dəyişdirilir, GPON (giqabi passiv optik şəbəkə) texnologiyası tətbiq olunur. Bundan başqa, vətəndaşlara təqdim olunan xidmətlərin həcmi və keyfiyyəti yüksəldilir. Növbəti mərhələdə işlərin digər regionlarda da aparılması planlaşdırılır".


Etiketlər:  Nazirlik Azərbaycanda internet rabitəsinin genişləndirilməsi işləri barədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ