Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2021 07:26
Bakı. Trend:
Portuqaliyanın İqtisadiyyat naziri Pedro Siza Vyeyra koronavirusa yoluxub.
Trend-in məlumatına görə, nazir bir neçə gün bundan əvvəl koronavirusa yoluxmuş Maliyyə naziri ilə təmasda olduqdan sonra profilaktik təcrid olunub, lakin yanvarın 19-da keçdiyi koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Xatırladaq ki, Portuqaliyanın Əmək və Sosial Müdafiə naziri Ana Mendes Qodinho da hazırda koronavirusdan müalicə alır.
Ölkədə son sutkada 10 455 koronavirusa yoluxma hadisəsi qeydə alınıb, ümumi göstərici 566 958-ə çatıb. Son sutkada 218 hal olmaqla, pandemiya başlayandan sözügedən virusun törətdiyi nəticələrdən indiyədək 9 246 ölüm hadisəsi baş verib.