Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 10:06
Bakı. Trend:
2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 61 147 ölüm halı qeydə alınıb.
Trend-in məlumatına görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölüm halları artıb. Belə ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə ölüm sayı 50796 olub. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,6 təşkil edib.