Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2021 13:56
2020-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 27,48 milyon ton neft nəql olunub ki, bu da 2019-cu illə müqayisədə 11,7 faiz azdır.
Sonxeber.net bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.
Ötən il magistral neft kəmərləri ilə nəql edilən neftin 79,1 faizi BTC xəttinin payına düşüb.
Ümumilikdə, 2020-ci ildə magistral neft kəmərləri ilə 38,86 milyon ton neft nəql edilib.
Ötən il Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 3,9 milyon ton tranzit nefti nəql edilib ki, bu da 2019-cu illə müqayisədə 11,3 faiz azdır.