Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 10:24
"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne zədələnib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 1-ci turunun "Aston Villa" ilə təxirəsalınmış matçında (2:0) xəsarət alıb.
Tibbi müayinədən sonra belçikalı oyunçunun ən az 2 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. Beləliklə, De Brüyne "Çeltenhem", "Vest Bromviç" və "Bernli" ilə görüşləri buraxacaq. Onun fevralın 7-də "Liverpul"la oyunda iştirak edib-etməyəcəyi isə sual altındadır.
Qeyd edək ki, Kevin de Brüyne bu mövsüm Premyer Liqada 17 matça çıxaraq, 3 qol vurub və 10 qolun ötürməsini verib.