Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bank Respublika “Qarabağ Dirçəliş Fondu”na 200 min manat köçürüb

Bank Respublika “Qarabağ Dirçəliş Fondu”na 200 min manat köçürüb

Tarix: 22 Yanvar 2021 11:08

Bakı. Trend:

Ölkənin aparıcı banklarından biri Bank Respublika, azad edilən torpaqlarımızda iqtisadi inkişafa öz töhfəsini verdi.

Bank, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı əsasında yaradılan “Qarabağ Dirçəliş Fondu”na öz dəstəyini göstərib.

Hər zaman olduğu kimi dövlətimizin və xalqımızın yanında olduğunu bəyan edən Bank Respiblika “Qarabağ Dirçəliş Fonduna” 200 000 manat məbləğində pul köçürüb.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


Etiketlər:  Bank Respublika Qarabağ Dirçəliş Fonduna manat köçürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ