Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq çətindir - Nazir

Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq çətindir - Nazir

Tarix: 22 Yanvar 2021 13:22

Bakı. Ceyhun Ələkbərov - Trend:

Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq elə də asan məsələ deyil.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, bir həftə ərzində 6 milyondan çox uşaq və müəllim dərslərə qatılıbsa, bu elə də az nəticə deyil:

“Biz bütün məsələləri addım-addım həll etməliyik. Bizim ilkin məqsədimiz ondan ibarət idi ki, şagird və müəllim elektron qeydiyyatdan keçsin və daha sonra onları izləyə bilər. Bir həftə ərzində 6 mlyon 200 min dərs verə bilmişiksə, demək uşaqlar və müəllimlər ekranın o tərəfində olublar”.

Nazir əlavə edib ki, hər bir şagird və müəllim öz məsuliyyətini dərk etməlidir.


Etiketlər:  Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı ayrılıqda araşdırmaq çətindir Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ