Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2021 16:54
Bakı. Samir Əli - Trend:
Bakı şəhəri ilə yanaşı bölgələrdə də koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesi davam etdirilir. Artıq Göyçay rayonunda da vaksinasiyaya start verilib.
Göyçay rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə, yanvarın 21-dən peyvəndlənmə prosesi aparılır:
"2 gün ərzində artıq 367 nəfər səhiyyə işçisi peyvəndlənib. Ümumilikdə 1070 nəfər səhiyyə tibb işçisi var. Onlardan bəziləri COVID -19 virusuna yoluxduğu üçün həmin şəxslərə peyvənd vurulmayacaq. Qalan şəxslərin hamısı könüllü peyvənd olunmaq üçün müraciət edib. Hazırda proses davam etdirilir".