Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Növbəti TƏHLÜKƏ: Özümüzü viruslardan qoruyarkən...

Növbəti TƏHLÜKƏ: Özümüzü viruslardan qoruyarkən...

Tarix: 22 Yanvar 2021 22:39

Antiseptik vasitələrdən istifadə edən zaman diqqətli olmaq lazımdır.

Milli.Az xəbər verir ki, həkim-terapevt, immunoloq İrina Yartseva bildirib ki, belə vasitələrin həddən artıq istifadəsi orqanizm və immunitet üçün zərərlidir.

O əlavə edib ki, belə kimyəvi vasitələr zəhərlidir. Onlar insanlar üçün təbii və fizioloji olmadığı üçün narahatlıq yaradır.

Anstiseptiklərdən həddən artıq istifadə edildiyi zaman dəri baryeri pozulduğu üçün nəfəs yolları və burnun selikli qişası zədələnir. "Dəri çox sayda mikroorqanizmlə örtülüdür. İnsan üçün sağlam bakteriyalar məhv olduğu təqdirdə tarazlıq pozulur və boşalan yerlərə göbələklər dola bilir", - deyən həkimin fikrincə, bu zaman müxtəlif dəri xəstəlikləri müşahidə edilə bilər. (publika.az)

Milli.Az


Etiketlər:  Növbəti TƏHLÜKƏ Özümüzü viruslardan qoruyarkən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ