Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanın Səhiyyə Nazirliyinin rəsmisi ölkədən qaçdı

Ermənistanın Səhiyyə Nazirliyinin rəsmisi ölkədən qaçdı

Tarix: 23 Yanvar 2021 12:36

Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzinin Yoluxucu Xəstəliklərin qarşısının alınması şöbəsinin müdiri Liana Torosyan ölkəni tərk edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, işdən çıxarılan Torosyan bundan sonra Polşada yaşayacaq.

Liana Torosyan əvvəlcə məzuniyyət ərizəsi yazaraq Polşaya yola düşüb və daha sonra oradan qayıtmayacağını bildirib.

Nəşrin yazdığına görə, Torosyanın ölkədən getməsi gözlənilməz olub. Bir çox mənbələr onun bu addımını koronavirusla bağlı bəzi məsələlərdə maliyyə vəsaitlərindən sui-istifadə halları aşkarlanması ilə əlaqələndirirlər. 


Etiketlər:  Ermənistanın Səhiyyə Nazirliyinin rəsmisi ölkədən qaçdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ